Nazənin Teymurova Dünya Kubokunda finala vəsiqə qazandı

Nazənin Teymurova Dünya Kubokunda finala vəsiqə qazandı

Bolqarıstanın Varna şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokuna start verilib.

mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Nazənin Teymurova uğurlu çıxışı ilə yadda qalıb.

Gənc təmsilçimiz gimnastika tiri və dayaqlı tullanma üzrə hərəkətlərin icrasında finala vəsiqə qazanıb.