Azərbaycan millisi finala yüksəldi

Azərbaycan millisi finala yüksəldi

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının komanda yarışları start götürür.

Mediasport.az xəbər verir ki, millimiz 1/8 finalda Bolqarıstanı üstələyib (4:1).

Cüdoçularımız daha sonra 1/4 finalda Türkiyəni (4:0), yarımfinalı Niderlandı (4:2) məğlub edərək finala yüksəlib.

Komandamızın həlledici görüşdə rəqibi Fransa olacaq.

Komandamız 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında birinci yeri tutub.