Milli komandamız Moldova turnirində ikinci yeri tutub
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində sonuncu matçına çıxıb.
Mediasport.az xəbər verir ki, komandamız meydan sahiblərinin U-19 kollektivi ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu 87-ci dəqiqədə Nihad Əhmədzadə vurub.
Millimiz turnirdə bunadək Türkiyənin U-20 komandasına 0:5 hesabı ilə məğlub olub, Qazaxıstandan olan həmyaşıdlarına isə qalib gəlib - 2:0.
Beləliklə, 4 xal qazanan komandamız turnirdə 2-ci yeri tutub, yarışın qalibi 9 xalla Türkiyə yığması olub.