Azərbaycan gimnastları Turindəki turniri dörd medalla başa vurublar

  Azərbaycan gimnastları Turindəki turniri dörd medalla başa vurublar

İtaliyanın Turin şəhərində keçirilən akrobatika gimnastikası üzrə "Turin Acro Cup" beynəlxalq turnirində Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 gümüş medal qazanıblar.

Mediasport.az xəbər verir ki, Ağasif Rəhimov ilə Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Daniel Abbasov və Murad Rəfiyevin yer aldığı kişi cütlüyü, Nəzrin Zeyniyeva, Anahita Bashiri, Zəhra Rəşidovadan ibarət 13-19 yaş kateqoriyası üzrə qadın qrupu turnirdə birinci yeri tutub.

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovun yer aldığı kişi qrupu gümüş mükafatla kifayətlənib.