Səbinə bu dəfə 15-ci oldu

Səbinə bu dəfə 15-ci oldu

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında növbəti çıxışını edib.

mediasport.az xəbər verir ki, idmançı sərbəst proqramda 116.38 xal toplayaraq, 30 iştirakçı arasında 15-ci yeri tutub.

Əliyeva qısa proqram üzrə çıxışını 45.27 xalla 10-cu pillədə tamamlamışdı.