Günay Məmmədzadə Kiprdəki Qran-pri yarışını 8-ci yerdə başa vurdu
Kiprin Nikosiya şəhərində təşkil olunan qadınlar arasında FİDE Qran-prisinin dördüncü mərhələsinə yekun vurulub.
mediasport.az xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz Günay Məmmədzadə uğur qazana bilməyib.
Təmsilçimiz Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FİDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasanın (Polşa) mübarizə apardığı Qran-pridə 11-ci turdan sonra ümumilikdə 5,5 xal toplayıb və 8-ci yeri tutub.
Turnirin qalibi 7 xalla Diana Vaqner olub.