İdmançılarımız İtaliyada Dünya Seriyasında mübarizəyə başlayırlar

İdmançılarımız İtaliyada Dünya Seriyasında mübarizəyə başlayırlar

İtaliyanın Linyano Sabbiadoro şəhərində para üzgüçülük idman növü üzrə Dünya Seriyası yarışı start götürür.

Mediasport.az xəbər verir ki, yarışlar növlər üzrə qarışıq kateqoriyalarla başlanacaq.

Milli komandamızın turnirdə 5 idmançı ilə təmil olunacaq.

S12 kateqoriyasında Raman Salei və S10 kateqoriyasında Əli Vəliyev bu gün Bakı vaxtı ilə saat 12:00-da 100 metrə sərbəst üsul növündə yarışacaq.

S2 kateqoriyasında Nurcan Rüstəmli Bakı vaxtı ilə saat 12:44-də 100 metrə sərbəst üsul növündə və Könül Süleymanova Bakı vaxtı ilə saat 13:30-da 150 metrə individual kompleks növündə, Vəli İsrafilov isə SB12 kateqoriyasında Bakı vaxtı ilə saat 13:40-da 100 metrə brass üsulu üzrə mübarizə aparacaq.