Təmsilçimiz Niderland klubuna qarşı

Təmsilçimiz Niderland klubuna qarşı

Ölkəmizi voleybol üzrə Çağırış Kubokunda təmsil edən "Murov"un rəqibi bəlli olub.

mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisinin 1/8 final mərhələsindəki rəqibi Niderlandın “Orion” komandası olacaq.

1/16 finalda Lüksemburqun “Stroosen” klubu ilə qarşılaşan niderlandlılar 3:0 (25:18, 25:8, 25:13) hesablı qələbə qazanıblar. Tərəflər arasındakı ilk görüş də bu hesabla başa çatıb.

1/8 final görüşlərinin vaxtı qarşıdakı günlərdə açıqlanacaq.

​“Murov” 1/16 final mərhələsində Avstriyanın “Holdinq Qrats” komandasına hər iki oyunda 3:0 hesabı ilə qalib gəlib.