Azərbaycan yığması Dünya Kubokunun finalına çıxdı
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.
mediasport.az xəbər verir ki, yığmamız B qrupunda gərgin keçən qarşılaşmada dünya yığmasına qalib gəlib.
Görüş 5:5 hesabı ilə başa çatdığı üçün əlavə göstəricilərə baxılıb. Burada daha üstün olan Azərbaycan millisi həlledici raunda vəsiqə qazanıb - 22:19.
Yığma qızıl medal uğrunda İran kollektivi ilə üz-üzə gələcək. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.
Dünya Kubokunda medal görüşləri noyabrın 6-da baş tutacaq.
Dünya Kuboku
Dünya yığması - Azərbaycan 4:5
55 kq
Nuqzari Tsurtsumia (Gürcüstan) - Eldəniz Əzizli 0:9
60 kq
Aydos Sultangali (Qazaxıstan) - Murad Məmmədov 4:1
63 kq
Leri Abuladze (Gürcüstan) - Taleh Məmmədov 1:1 (sonuncu xal prinsipi ilə azərbaycanlı güləşçi qalib gəlib)
67 kq
Coni Xetsuriani (Gürcüstan) - Həsrət Cəfərov 0:5
72 kq
Andrey Kulik (Ukrayna) - Ülvi Qənizadə 7:1
77 kq
Zoltan Levai (Macarıstan) - Sənan Süleymanov 1:8
82 kq
Jalqasbay Berdimuratov (Özbəkistan) - Rafiq Hüseynov 1:3
87 kq
Aleks Kessidis (İsveçrə) - Murad Əhmədiyev 2:3
97 kq
Nikoloz Kaxelaşvili (İtaliya) - Arif Niftullayev 5:1
130 kq
Mantas Knistautas (Litva) - Sabah Şəriəti 1:5