Azərbaycan yığmasının boksçusu Dünya çempionatında finala çıxdı
Azərbaycan boksçusu Alfonso Dominges Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya çempionatında finala yüksəlib.
mediasport.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvili (Gürcüstan) ilə qarşılaşıb.
O, hər 3 raundu xeyrinə bitirib. Kubalı legioner yekun hesabda rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Dünya çempionu final döyüşünə mayın 14-də çıxacaq.
Axşam saatlarında yığmamızın daha bir boksçusu – Məhəmməd Abdullayev (+92 kq) də yarımfinal döyüşünə çıxacaq. O, həlledici görüşə vəsiqə uğrunda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.