Milli komandamız təlim-məşq toplanışı üçün Rusiyaya yollanıb

Milli komandamız təlim-məşq toplanışı üçün Rusiyaya yollanıb

Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün Rusiyaya gedib.

Mediasport.az xəbər verir ki, yığma hazırlığı 11 cüdoçu ilə Soçi şəhərində keçirəcək.

Onlar Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hamısı 52 kq), Acelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq), Nigar Süleymanova və Elnarə Rəşidovadır (hər ikisi +78 kq).

19 yanvara qədər davam edəcək toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.