Azərbaycanın iki idmançısı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın iki idmançısı Dünya Kubokunda finala yüksəlib

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycanın iki idmançısı finala yüksəlib.

Mediasport.az xəbər verir ki, ikiqat dünya çempionumuz Mixal Malkin və Adil Hacızadə həlledici raunda vəsiqə qazanıblar.

Bu növdə mübarizə aparan digər təmsilçilərimizdən Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov, batut gimnastikası üzrə yarışda isə Selcan Mahmudova finala adlaya bilməyiblər.

Qeyd edək ki, Dünya Kuboku fevralın 25-də başa çatacaq.