Gənclər yığmamız Rumıniyadakı DÇ-də daha bir uğura imza atdı

Gənclər yığmamız Rumıniyadakı DÇ-də daha bir uğura imza atdı

Gənclərdən ibarət bədii gimnastika komandamız Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən 2-ci dünya çempionatında daha bir medal qazanıblar.

MediaSport.az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığmamız 5 iplə hərəkətlərin icrasında bürünc medala layiq görülüb.

Qeyd edək ki, 1 gün öncə qrup komandamız çoxnövçülük proqramında da bürünc medal əldə etmişdi.