Rusiya və Belarus güləşçiləri olimpiadada iştirak edəcəklər

Rusiya və Belarus güləşçiləri olimpiadada iştirak edəcəklər

Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarında neytral statusda iştirak edəcək güləşçilərin sayını açıqlayıb.

Mediasport.az xəbər verir ki, seçmə mərhələni uğurlu keçən 16 idmançı təsdiq edilib.

Neytal statusda (AİN) iştirak edən Rusiya yığmasının 16, Belarusun isə 10 güləşçisi Paris-2024-ə lisenziya qazanıb.

Amma onlrın hamısı Oyunlarda iştirak etməyəcək.

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin Nizamnaməsinə uyğun aparılan müzakirələrdən sonra Rusiyanın 10, Belarusun isə 6 təmsilçisi Olimpiadada çıxış etmək hüququ əldə edib.


Rusiya

Sərbast güləş

Naçin Monquş, Şamil Məmmədov, Arslan Baqayev, Abdulla Kurbanov

Yunan-Roma güləşi

Alan Ostayev, Maqomed Murtazaliyev

Qadın güləşi

Natalya Malışeva, Veronika Çumikova, Alina Kasabyeva, Yelizaveta Petlyakova


Belarus

Sərbəst güləş

Yahor Akuliç, Uladzislau Kazlou

Yunan-Roma güləşi

Ababakar Xaslaxanau, Dmitri Zarubski

Qadın güləşi

Viyaleta Rebikava, Kristina Sazikina