Zəkiyev və Kərimova dayandı, İsmiyeva 1/4 finalda yarışacaq

Zəkiyev və Kərimova dayandı, İsmiyeva 1/4 finalda yarışacaq

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında paracüdoçu Dürsədəf Kərimova (J2 kateqoriyası) mübarizəni dayandırıb.

Mediasport.az xəbər verir ki, təsəlliverici görüşə qatılacaq idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə bacarmayıb.

İlham Zəkiyev (J1 kateqoriyası) Fransadan olan Ceyson Qrandraya məğlub olub və təsəlliverici görüşdə iştirak edəcək.

70 kq-dan yuxarı çəkidə mübarizə aparan Xatirə İsmiyeva (J1 kateqoriyası) Maryam Aldhanhanini (BƏƏ) ipponla üstələyib və növbəti raunda yüksəlib.