Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq toplanışa qatılıblar
Azərbaycan millisinin stolüstü tennisçiləri Xədicə Babazadə və Vaqif Babayev məşqçi Gülnarə İbrahimovanın rəhbərliyi ilə Avropa Stolüstü Tennis İttifaqının beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Mediasport.az xəbər verir ki, Latviyanın paytaxtı Riqada təşkil olunan toplanışa qitənin istedadlı yeniyetmə stolüstü tennisçiləri dəvət alıblar.
“Prospektus – Eurotalents Selection Camp” seçim xarakteri daşıyır.
İdmançılar avqustun 3-də başlanıb, 10-dək davam edəcək hazırlığın sonunda keçiriləcək turnirdə də bacarıqlarını göstərəcəklər.
Fərqlənənlər növbəti beynəlxalq təlim-məşqlərə vəsiqə qazanacaqlar.