Kamal Umudlu "Ştuttqart" - "Sparta" matçını idarə edəcək
FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 2-ci turu çərçivəsində keçiriləcək "Ştuttqart" (Almaniya) - "Sparta" (Çexiya) oyununun baş hakimi olacaq.
Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann icra edəcək.
1 oktyabrda Ştutqart şəhərində yerləşən "Valdau" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 14:30-da başlanacaq.