Millimiz Latviyaya qarşı

Millimiz Latviyaya qarşı

Bu gün 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatı start götürəcək.

Mediasport.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın ilk günündə Azərbaycan komandasının rəqibi meydan sahibi Latviya millisi olacaq.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

Noyabrın 26-dək davam edəcək çempionatda millimiz Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa komandalarına qarşı da mübarizə aparacaq. 

Şahin Çatmanın rəhbərlik etdiyi komandamıza 14 idmançı cəlb edilib. Yığmamızın heyətində yer alan voleybolçularımız ilk dəfədir ki, beynəlxalq yarışda iştirak edirlər.

AVRO-2024-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.