Yığmamızın üzvləri Özbəkistanda daha 4 medal qazanıblar
Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Özbəkistanda keçirilən beynəlxalq turnirdə daha 4 medal qazanıblar.
Mediasport.az xəbər verir ki, fərdi proqramda Fərhad Mustafayev "qızıl", Ömər Qasımlı "gümüş", Səma Cəfərova və Ammar Baxşalıyev "bürünc"ə sahib çıxıblar.
Xatırladaq ki, öncədən də yığmanın üzvləri sinxron proqramda qızıl və gümüş medala yiyələniblər.