Bayraqdarımız fərdi mübarizəyə uğursuz başladı - Avropa Oyunları

Bayraqdarımız fərdi mübarizəyə uğursuz başladı - Avropa Oyunları

Polşada keçirilən III Avropa Oyunlarında iki bayraqdarımızdan biri - kamandan oxatma üzrə komandamızın lideri Yaylagül Ramazanova fərdi mübarizəyə uğurla start götürə bilməyib.

MediaSport.az xəbər verir ki, təmsilçimiz ilk təsnifat mərhələsində 645 xal toplamaqla ümumi sıralamada 23-cü olub.

33 yaşlı idmançımız mübarizəni 1/32 final mərhələsində davam etdirəcək. Onun rəqibi litvalı Paulina Ramanauskayte olacaq. Ramazanov bu rəqibini məğlub etsə, 1/16 finalda Fransa idmançısı Karolin Lopeslə üz-üzə gələcək.

Qeyd edək ki, ölkəmizin bu yarışda digər bayraqdarı qılıncoynatma komandamızın üzvü Barat Quliyev olub.