Bədii gimnastlarımız “Prize of Julieta Shishmanova”da yarışacaq

Bədii gimnastlarımız “Prize of Julieta Shishmanova”da yarışacaq

Aprelin 26-28-də Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə “Prize of Julieta Shishmanova” beynəlxalq yarış keçiriləcək.

Mediasport.az xəbər verir ki, turnirdə Azərbaycan 3 gimnastla təmsil olunacaq.

Ölkəmizin idman şərəfini məşqçilər Aliyə Paşayeva ilə Nigar Mircəlallının rəhbərliyi altında Ayan Sadıqova, Dəniz Abdullazadə və Dəniz Əsgərova qoruyacaqlar.

Dilbər İbrahimova və Səbinə Hacıyeva isə turnirdə hakimlər sırasında yer alacaq.