Mərakeş əsilli belçikalı: "Qarabağ” haqda nəsə danışmağın artıqdır"
Bir neçə günlük istirahət və müalicədən sonar artıq kollektivlə birgə məşqlərə qoşulmuşam. “Qarabağ”la oyuna demək olar, 100 faiz hazıram”.
Mediasport.az xəbər verir ki, bu sözləri klub saytına açıqlamasında "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi İsmail Azzui deyib.
Zədəli olduğuna görə Qəbələdə yerli komanda ilə matçda meydana çıxmayan belçikalı Premyer Liqanın 11-ci turunun "Qarabağ"la oyunu haqqında fikirlərini bölüşüb.
Mərakeş əsilli 25 yaşlı futbolçu “Qarabağ” haqda nəsə danışmağın artıq olduğunu bildirib:
"Bu komanda Azərbaycanın ən məşhur və güclü klublarından biridir. Bizim komandamız da Premyer Liqada keyfiyyətli futbol oynayan kollektivlərdəndir. Əlbəttə, çətin və ağır oyun olacaq. Onlarla birinci dövrədəki matçı xatırlayıram. Son dəqiqəyə qədər hesab 1:1 idi, yalnız əlavə olunmuş dəqiqədə vurulan qol bizim xal qazanmağımıza imkan vermədi. Ona görə əvvəlcədən necə olacağını demək mümkün deyil. Biz də yaxşı nəticə qazana bilərik. Meydana bunun üçün çıxacağıq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” oyunu oktyabrın 30-da saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.