Braziliyalı Kaka Azərbaycan yığmasına qarşı heyəti açıqlayıb
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində oktyabrın 6-da Bakıda, 5 gün sonra isə Astanada keçiriləcək Azərbaycan və Qazaxıstan milli komandalarının oyununa hazırlıq məqsədi ilə rəqib təlim-məşq toplanışına başlayıb.
Mediasport.az xəbər verir ki, rəqib baş məşqçi Rikardo Kaka heyəti açıqlayıb.
Braziliyalı mütəxəssis Azərbaycana qarşı düşərgəyə 16 futzalçı dəvət edib, onlardan 3-ü qapıçıdır:
Qapıçılar: İqita, Narun Serikov (hər ikisi “Kayrat”), Kanat Jetkirbaev (“Aktobe”)
Oyunçular: Duqlas, Edson, Birjan Orozov, Dauren Tursaqulov, Albert Akbalıkov (hamısı “Kayrat”), Çingiz Yesenamanov, Rayımbek Juma, Akjol Daryabai (hamısı “Semey”), Azat Valiullin, Rəsul Abdumanapuli (hər ikisi “Ayat”), Arnold Knaub (“Jetisu”), Oljas Taybasarov (“Astana”), Leo (“Joinville”, Braziliya).
Qeyd edək ki, bu komandalar arasında ilk görüş oktyabrın 6-da, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.