"Böyük Dəbilqə": Daha 3 cüdoçumuz tatamiyə çıxacaq
Cüdo üzrə Azərbaycan milli komandasının 3 idmançısı Fransada keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcək.
Mediasport.az xəbər verir ki, yarışın sonuncu günündə Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) birincilik uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, buna qədər Zelim Tçkayev (81 kq) gümüş medal əldə edib.
90 kq
Vüqar Talıbov - Mariano Koto Bersyer (Argentina)
Elcan Hacıyev - Sanşiro Murao (Yaponiya)
+100 kq
Uşangi Kokauri - Bubakar Mane (Qvineya-Bisau) / Klement Musumadi (Konqo Demokratik Respublikası) görüşünün qalibi ilə