Braziliyalı futbolçunu evində güllələyərək qətlə yetiriblər
Braziliyanın C Seriyasında yarışan "San Bernardo" klubunun hücumçusu Felipe Dioqu qətlə yetiriliub.
Mediasport.az xəbər verir ki, 21 yaşlı forvard yaşadığı bağ evində güllələnib.
Hadisə Dioqunun doğma şəhəri Ribeyrau-Pretuda baş verib. Bir qrup şəxs tərəfindən hücuma məruz qalan futbolçu çox sayda güllə yarasından dünyasını dəyişib.
Gənc braziliyalı daha əvvəl “Kruzeyru”, “Botafoqo” və “Avai” klublarının aşağı yaş qruplarında çıxış edib.