Bu gün 16 idmançımız 5 növbdə mübarizə aparacaq - Avropa Oyunları

Bu gün 16 idmançımız 5 növbdə mübarizə aparacaq - Avropa Oyunları

Polşanın ev sahibliyi etdiyi III Avropa Oyunlarında Azərbaycan idmançılarının 6-cı gün üçün yarış proqramı məlum olub.

MediaSport.az xəbər verir ki, bu gün təmsilçilərimiz 5 növdə - muay-tay və qılıncoynatma, atıcılıq, boks və taekvondo yarışlarında mübarizə aparacaqlar.


III Avropa Oyunları. 6-cı günün proqramı


Atıcılıq

11:00. Regina Meftahətdinova, Nurlana Cəfərova (skit)

11:15. Nigar Nəsirova (25 metr məsafədən tapança ilə atəşaçma)


Taekvondo

Qadınlar

11:36. 67 kq. 1/8 final. Fəridə Əzizova - Atanasia Mitsopoulou (Yunanıstan)

Kişilər

12:35. 74 kq, 1/8 final. Eltac Qafarov - Lukaş Çudnoç (Polşa)


Qılıncoynatma

15:00. Kişilər, sablya, qrup mərhələsi (Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev)


Boks

15:45. Kişilər, 63,5 kq, 1/8 final. Malik Həsənov – Din Klinsi (İrlandiya)

16:15. Kişilər, 71 kq, 1/16 final. Sərxan Əliyev – Mixal Takacs (Slovakiya)

17:15. Kişilər, +92 kq, 1/16 final. Məhəmməd Abdullayev – Uğur Aydemir (Türkiyə)


Muay-tay

Kişilər

16:25. 67 kq, 1/4 final. Xəyal Əliyev – Giorgi Kleyn (Gürcüstan)

18:10. 71 kq, 1/4 final Məhəbbət Hümbətov – Yakub Rajevski (Polşa)

Qadınlar

19:10. 57 kq, 1/4 final. Aysun Dərvişova – Zelyana Pitesa (Xorvatiya)

20:10. 63,5 kq, 1/4 final. Emiliya Rzayeva – Nora Kornoll (Fransa)