"Bu yaşımda "Neftçi"nin legionerlərindən yaxşı oynayaram" - VİDEO
Milli komandamızın keçmiş müdafiəçisi Mahir Şükürov "ARB24" kanalında yayımlanan “Oyundankənar” verilişində qonaq olub.
MediaSport.az xəbər verir ki, veteran futbolçu ölkə futbolunun gündəmində mühüm məsələlərlə bağlı fikirlərini bölüşüb.
O, “Neftçi” və “Sumqayıt” klublarının rəhbərliyini sərt tənqid edib, milli komandanın ən yaxşı dövrünün onların zamanında olduğunu deyib.