Kiyev "Dinamo"su Bakıya gəlir!

Kiyev "Dinamo"su Bakıya gəlir!

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Kiyev "Dinamo"sunun Bakıya mümkün səfəri haqda açıqlama verib.

mediasport.az xəbər verir ki, diplomat klublarımızdan biri ilə yoldaşlıq görüşünü bu il üçün planlaşdırdıqlarını, lakin bəzi səbəblərdən alınmadığını deyib.

- Bu il planlayırdıq, amma alınmadı, növbəti il çalışacağıq ki, Kiyev “Dinamo”sunun Bakıya səfərini təşkil edək və burada sizin güclü komandalarınızdan biri ilə yoldaşlıq görüşü keçirək. Azərbaycan çempionu “Qarabağ” kimi, “Dinamo” da Avropa Liqasında yaxşı çıxış edir. Ona görə mövsüm ərzində müvafiq vaxt tapa bilmədik. Amma növbəti il bunu reallaşdırmağa çalışacağıq”.