"Bunu anamın mənə verdiyi ən dəyərli hədiyyə hesab edirəm"
Sabiq tennisçi Mariya Şarapova idmançı karyerasına və təhsilinə valideynlərinin təsirindən danışıb.
Mediasport.az xəbər verir ki, 36 yaşlı raketka ustası anasına təşəkkür edib.
O, valideyninin fədakarlıq göstərdiyini vurğulayıb:
"Atam idmançı kimi yetişməyimdə mənə çox təsir göstərib. Anamın isə təhsil həyatımda, hərtərəfli inkişaf etməyimdə rolu çox olub. Hətta məni ABŞ-nin Florida ştatının Sarasota şəhərində balet izləməyə aparıb. Onun sayəsində tennisdən başqa sahələr haqda da məlumatım oldum. Bunu anamın mənə verdiyi ən dəyərli hədiyyə hesab edirəm".
Şarapovanın atası Yuri Viktoroviç tennis məşqçisi kimi fəaliyyət göstərib.
"Böyük Dəbilqə" turnirini 5 dəfə qazanmış Mariya peşəkar karyerasını 2020-ci ildə başa vurub.