Rafael Nadal "Roland Garros-2024"də iştirak edəcəyini təsdiqlədi

Rafael Nadal "Roland Garros-2024"də iştirak edəcəyini təsdiqlədi

Tennis üzrə “Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi Rafael Nadal "Roland Garros-2024"də iştirak edəcək.

Mediasport.az xəbər verir ki, ispaniyalı raketka ustası gələn həftə Fransaya yollanacaq.

Bir müddət əvvəl İtaliyanın paytaxtı Romadakı "Masters" turnirinin II raundunda polşalı Hubert Hurkaça məğlub olan 38 yaşlı məşhurun "Roland Garros-2024"ə qatılacağı sual altında olsa da, idmançı iştirakını təsdiqləyib.

Yarış 26 may - 9 iyun aralığında keçiriləcək.