Bürünc medalı təmin edən 5 boksçumuz yarımfinala çıxıb

Bürünc medalı təmin edən 5 boksçumuz yarımfinala çıxıb

Azərbaycanın 5 boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında ilk görüşlərini qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, idmançılarımız, eyni zamanda, bürünc medalları təmin ediblər.

Ümid Rüstəmov (57 kq), Maqsud Xasmetov, (60 kq), Ruslan Rüstəmov (63,5 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadə (75 kq) finala çıxmaq üçün yarışacaq.

Yarımfinal görüşləri mayın 17-də baş tutacaq.

Qeyd edək ki, ölkəmiz turnirə 6 boksçu ilə yollanıb. Memorialda Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan, Belarus və Serbiya idmançıları da mübarizə aparırlar.