Boksçularımız Avropa çempionatını iki medalla tamamladılar

Boksçularımız Avropa çempionatını iki medalla tamamladılar

Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

mediasport.az xəbər verir ki, Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.

Azərbaycan komandasının heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından gümüş medalla kifayətlənib.

Ondan öncə isə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.