Çempionlar Liqasında 1/4 və 1/2 final: Püşkatmanın vaxtı açıqlanıb

 Çempionlar Liqasında 1/4 və 1/2 final: Püşkatmanın vaxtı açıqlanıb

UEFA Çempionlar Liqasının 1/4 və 1/2 final mərhələlərinin püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, tədbir sabah İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Reqlamentə görə, 1/4 finalın ilk oyunları aprelin 9 və 10-da, cavab matçları aprelin 16 və 17-də keçiriləcək.

Yarımfinalın ilk görüşləri aprelin 30-da və mayın 1-də, cavab qarşılaşmaları isə mayın 7-də və 8-də baş tutacaq.

2024-cü il Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı "Uembli" stadionunda təşkil olunacaq.

Qeyd edək ki, ÇL-də 1/4 finala "Arsenal", "Mançester Siti", "Barselona", "Real", PSJ, "Bavariya", "Atletiko", "Borussiya (Dortmund) yüksəlib.