ÇL-də həftənin komandası müəyyənləşdi: Heyətdə kimlər var?
Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turunun rəmzi komandası açıqlanıb.
mediasport.az xəbər verir ki, "11-lik"də "Liverpul"un üç futbolçusu yer alıb. "Makkabi" və "Portu"nin isə iki oyunçusu rəmzi heyətə seçilib.
Qapıçı: Dioqu Koşta ("Portu", Portuqaliya)
Müdafiəçilər: Tanqi Kuassi ("Sevilya", İspaniya), Antonio Rüdiger ("Real Madrid", İspaniya), Pyer Kornyu ("Makkabi")
Yarımmüdafiəçilər: Omer Atsili ("Makkabi"), Qaleno ("Portu", Portuqaliya), Leon Qoretska ("Bavariya", Almaniya), Son Xın Min ("Tottenhem", İngiltərə)
Hücumçular: Məhəmməd Salah, Roberto Firmino, Dioqu Jota (hamısı "Liverpul", İngiltərə).