"Qalatasaray" Norveçdə əzmkar qələbə qazandı - Çempionlar Liqası

"Qalatasaray" Norveçdə əzmkar qələbə qazandı - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

mediasport.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Türkiyənin yarışda yeganə təmsilçisi "Qalatasaray" Norveç səfərində əzmkar qələbə qazanıb.

Bu komandaların cavab görüşləri avqustun 29-da keçiriləcək. Pley-offun ilk oyunları çərçivəsində daha 3 qarşılaşma bu gün baş tutacaq.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. ilk oyunlar


“Braqa” (Portuqaliya) - “Panatinaikos” (Yunanıstan) 2:1

Qollar: Abel Ruiz, 51, Alvaro Calo, 73 - Daniel Mançini, 90+5.


“Makkabi” (Hayfa, İsrail) - “Yanq Boyz” (İsveçrə) 0:0


“Mölde” (Norveç) – “Qalatasaray” (Türkiyə) 2:3

Qollar: Martin Ellinqsen, 8, Kristoffer Hügen, 56 - Serjio Oliveyra, 25, Mauro İkardi, 29, Fredrik Midşö, 90+3.