Sabah Şəriəti 4-qat Olimpiya çempionu ilə bacara bilmədi

Sabah Şəriəti 4-qat Olimpiya çempionu ilə bacara bilmədi

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, 130 kq çəkidə yarışan idmançımız final yolunda kubalı Mixain Lopeslə qarşılaşıb.

Təmsilçimiz 4-qat Olimpiya və 5-qat dünya çempionuna 1:4 hesabı ilə məğlub olub.

Şəriəti sabah bürünc medal uğrunda güləşəcək.

Xatırladaq ki, bu gün daha bir güləşçimiz - 60 kq-da Murad Məmmədov 1/8 finalda venesuelalı Rayber Rodriges Oroskoya 5:6 heabı ilə uduzaraq mübarizəni erkən dayandırıb. Rəqib finala çıxa bilmədiyi üçün Murad medal şansını itirib.

Ölkəmiz Fransada 11 güləşçi ilə təmsil olunacaq. Onlardan 5-i yunan-Roma, 6-sı sərbəst güləşçilərdir.

Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq);

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq).

Azərbaycan olimpiadada indiyədək 3 medalı təmin edib. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çempion olublar.

Boksçu Alfonso Dominges isə finala çıxdığı üçün minimum 2-ci yeri tutacaq.