Milli komandamızın üzvü "Prezident Kuboku"nda qızıl medal qazandı
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Türkiyənin İstanbul şəhərində keçirilən "Prezident Kuboku"nda qızıl medal qazanıb.
mediasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan təmsilçimiz bütün rəqiblərinə qalib gələrək Azərbaycan himnini səsləndirib.
1/16 final mərhələsindən mübarizəyə başlayan Maqomedov ilk döyüşündə böyük britaniyalı Xames Makentoşu yarışdan kənarlaşdırıb. O, ardınca bolqarıstanlı Xristo Boqdanova qalıb gəlib. Taekvondoçu 1/4 finalda Qalqeri Səlimlə (Macarıstan) üz-üzə gəlməli olsa da, rəqib dayanqa çıxmayıb. Maqomedov yarımfinalda türkiyəli Mehmet Çiçəkgüldən üstün olub.
Həlledici görüşdə də onun rəqibi türkiyəli taekvondoçu olub. Ahmet Karadaş üzərində inamlı qələbə qazanan milli üzvü çempion tituluna yiyələnib.