Daha 4 güləşçimizdən uğursuz çıxış, yalnız Stadnik yarımfinala yüksəlib - Olimpiya Təsnifat Turniri
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turniri davam edir.
Mediasport.az xəbər verir ki, ikinci yarış günündə qadın güləşçilər mübarizəyə başlayıblar.
Yarışa 1/4 finaldan start verən dünya güləşinin əfsanəsi Mariya Stadnik (50 kq) litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.
Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) isə uğursuz çıxış ediblər.
Xatırladaq ki, dünən yunan-Roma güləşçilərin yarışında Azərbaycanın 4 təmsilçisi - Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) də ümidləri doğrultmayıb.
Sabah estafet sərbəst güləşçilərə keçəcək. 5 pəhləvanımız - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) döyüşə atılacaq.
Yarışda hər çəkidə finala yüksələcək iki güləşçi olimpiadaya yollanmaq imkanı qazanacaq.