Daha bir Gəncə klubu ev oyunlarını Tovuz şəhərində keçirəcək

Daha bir Gəncə klubu ev oyunlarını Tovuz şəhərində keçirəcək

Sabah Azərbaycan Yüksək Liqasında qadın voleybolçular arasında 8-ci turun "Gəncə" - UNEC oyunu baş tutacaq.

Mediasport.az xəbər verir ki, ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən "Gəncə" bu dəfə rəqibini Tovuzda qəbul edəcək.

Matç saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Gəncənin futbol üzrə eyniadlı komandası da ev görüşlərini Tovuz şəhər stadionunda keçirir.


Azərbaycan Yüksək Liqası. 8-ci tur


16:00 "Gəncə" - UNEC

Tovuz Olimpiya İdman Kompleksi