Azərbaycan çempionatı yekunlaşdı

  Azərbaycan çempionatı yekunlaşdı

4-7 sentyabrda Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.

Mediasport.az xəbər verir ki, 70-dən çox idmançı güllə atıcılığının pnevmatik tüfəngdən atəş, kiçik çaplı tapançadan 50 m, 25 m məsafəyə atəş və pnevmatik tapançadan 10 m məsafəyə atəş yarışlarında mübarizə aparıblar.

Qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.

10 m - Pnevmatik tapançadan atəş üzrə kişilər arasında yarış:

1. Vladislav Kalmıkov

2. Elvin Astanov

3. Musayev Hacı

10 m - Pnevmatik tapançadan atəş üzrə qadınlar arasında yarış:

1. Zeynəb Sultanova

2. Nigar Nəsirova

3. Xanna Əliyeva

10 m - Pnevmatik tüfəngdən atəş üzrə kişilər arasında yarışın qalibləri:

1. Üzeyr Tapdıqlı

2. Ramiz Xəlilov

Pnevmatik tüfəngdən atəş üzrə qadınlar arasında yarışın qalibləri:

1. Nigar Ramazanova

2. Jalə Bayramova

3. ⁠Aynur Mahmudova

10 m - Pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı:

1. Nigar Nəsirova / Ruslan Lunev

2. Xanna Əliyeva / Hacı Musayev

3. Zeynəb Sultanova / Ənvər Mahmudov

10 m - Pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı:

1. Jalə Bayramova / ÜzeyirTapdıqlı

2. Nigar Ramazanova / Ramiz Xəlilov

3. Aynur Mahmudova / Hüseyn Əliməmmədov

25 m - Kiçik Çaplı tapançadan atəş üzrə qadınlar arasında yarışın qalibləri:

1. Xanna Əliyeva

2. Həqiqət Atayeva