İki referimiz II dərəcəli beynəlxalq hakim ünvanına yiyələnib
Dünya Güləş Birliyi (UWW) Azərbaycanın iki hakiminin kateqoriyasını yüksəldib.
Mediasport.az xəbər verir ki, bu il verdikləri imtahandan uğurla keçən Xəyal Əliyev və Eldar Bayramov II dərəcəli beynəlxalq hakim ünvanına yiyələnib.
Beləliklə, analoji kateqoriyada olan güləş referilərimizin sayı 6-ya çatıb.
Hazırda Azərbaycanın 23 beynəlxalq dərəcəli hakimi var.