Azərbaycanın paralimpiadaya qazandığı lisenziya sayı 9-a çatıb

 Azərbaycanın paralimpiadaya qazandığı lisenziya sayı 9-a çatıb

Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına növbəti lisenziyanı təmin edib.

Mediasport.az xəbər verir ki, bu uğura paraüzgüçü Könül Süleymanova imza atıb.

İdmançımız dördilliyin zirvə yarışında S2 kateqoriyası üzrə mübariz aparmaq imkanı qazanıb.

Bununla da paralimpiyaçılarımızın rəsmiləşdirdiyi lisenziya sayı 9-a çatıb.

Daha əvvə paraatletika üzrə 4, paraatıcılıq üzrə 1 və parataekvondo üzrə 3 təmsilçimiz "Paris-2024"də iştirak hüququna yiyələnib.

Paralimpiada avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Parisdə təşkil olunacaq.