Azərbaycan üzgüçüləri lisenziya yarışında finala yüksəliblər

Azərbaycan üzgüçüləri lisenziya yarışında finala yüksəliblər

Azərbaycan üzgüçüləri Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında beynəlxalq turnirdə mübarizəyə start veriblər.

Mediasport.az xəbər verir ki, dünya çempionatı və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov finala vəsiqə qazanıblar.

Onlar 50 və 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə həlledici mərhələyə adlayıblar.

Digər yarış isə Macarıstanın Kapoşvar şəhərində keçirilir. Yeniyetmələr arasında təşkil olunan həmin turnirdə Azərbaycan yığması 14 üzgüçü ilə təmsil olunub.