İddiaçılar Turniri: Nicat Abasov amerikalı şahmatçıya uduzub

 İddiaçılar Turniri: Nicat Abasov amerikalı şahmatçıya uduzub

Kanadada şahmat üzrə İddiaçılar Turnirinin 2-ci turunun görüşləri baş tutub.

Mediasport.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Nicat Abasov ABŞ-dən olan Fabiano Karuanaya uduzub.

Abasov 3-cü turda Hikaru Nakamura (ABŞ) ilə qarşılaşacaq.

Nicat Abasov ilk turda ağ fiqurlarla Yan Nepomnyaşi ilə heç-heçə etmişdi.

Yarış aprelin 22-dək davam edəcək. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 min avro təşkil edir. Qalib 48 min avro qazanacaq.