Teymurla Şəhriyar yerini qorudu, qadınlarımız 1 pillə gerilədilər
Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.
mediasport.az xəbər verir ki, ötən ay olduğu kimi, bu ay da ilk “10-luq”da Azərbaycandan yalnız bir təmsilçi yer alıb.
Qrossmeyster Teymur Rəcəbov 2747 xalla 10-cu, Şəhriyar Məmmədyarov isə 2738 xalla 16-cı yerdəki mövqeyini qoruyub.
Qədir Hüseynov (2661) 1 pilləlik geriləməklə 80-ci sıraya düşüb, Rauf Məmmədov (2646) bir addım irəliləyərək 97-ci pillədə qərarlaşıb.
Sıralamaya əvvəlki kimi, norveçli Dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2794) ikinci, çinli Din Liren (2789) üçüncüdür.
Qadın şahmatçılarımızın hər biri 2 pillə geriləyib - Günay Məmmədzadə (2449) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 54-cü, Gövhər Beydullayeva (2375) 73-cü, Gülnar Məmmədova (2349) 98-ci yerdədir.
Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. Onu FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2571) və hindistanlı Xampi Koneru (2567) izləyirlər.