Millilərimizdən Avropa çempionatında növbəti qələbələr

Millilərimizdən Avropa çempionatında növbəti qələbələr

Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 5-ci turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, kişilərdən ibrarət Azərbaycan millisi meydan sahibləri ilə üz-üzə gəliblər və görüş komandamızın qələbəsilə yekunlaşıb - 3:1.

Nicat Abasov və Vasif Durarbəyli qalib gəlib, Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə edib.

Qadınlardan ibarət milli komandamız isə Almaniya yığmasından üstn olub - 2,5:1,5.

Günay Məmmədzadə qələbə qazanıb, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova xalları yarı bölüb.

5 turdan sonra kişilərdən ibarət milliiz 6 xalla 9-cu yerdədir, 9 xalı olan Azərbaycan və Fransanın qadın şahmatçılardan ibarət komandaları turnir cədvəlinə başçılıq edirlər.

Bu gün Avropa çempionatında istirahət günüdür.

Noyabrın 17-də keçiriləcək 6-cı turda kişilərdən ibarət komandamız Yunanıstan, qadın şahmatçılarımız isə Bolqarıstanla qarşılaşacaq.