Dünya çempionu olan idmançımız paralimpiadaya vəsiqə qazanıb

Dünya çempionu olan idmançımız paralimpiadaya vəsiqə qazanıb

Azərbaycan idmançıları Perunun Lima şəhərində güllə atıcılığı üzrə Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazandıran dünya çempionatında uğurla çıxış ediblər.

Mediasport.az xəbər verir ki, milli komandanın üzvləri Aybəniz Babayeva, Yelena Taranova və və Kamran Zeynalov yarışı medalla başa vurublar.

50 metr məsafəya atəşaçmada Kamran Zeynalov 220.5 xalla dünya çempionu olub və paralimpiadaya vəsiqə qazanıb.

(P6, mix) 10 metr məsafəyə atəşaçmada isə Aybəniz Babayeva və Kamran Zeynalov gümüş medal qazanıblar.