Güllə atıcılarımız Avropa çempionatında 3-cü yeri tutublar

Güllə atıcılarımız Avropa çempionatında 3-cü yeri tutublar

Azərbaycan güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov Macarıstanın Dyör şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanıblar.

Mediasport.az” xəbər verir ki, idmançılarımız 10 metr məsafəyə qarışıq komanda yarışlarında fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Avropa çempionatına martın 3-də yekun vurulacaq.

Qətərin paytaxtı Dohada təşkil olunan stend atıcılığı üzrə Əmir Qran-prisində isə gənc idmançı Aylin Quliyeva səngər stendi üzrə qızlar arasında yarışda gümüş mükafata yiyələnib.