Dünya çempionu qələbəsini Şəhid Mübariz İbrahimova həsr etdi

Dünya çempionu qələbəsini Şəhid Mübariz İbrahimova həsr etdi

Gürcüstanın Batumi şəhərində karate üzrə açıq beynəlxalq turnir keçirilib.

MediaSport.az xəbər verir ki, 10 ölkənin iştirak etdiyi beynəlxalq turnirdə milli komandamızın idmançıları da iştirak ediblər.

İkinci dan qara kəmər sahibi, dünya çempionu (-84 kq) Ülvi Məmmədov keçirdiyi iki döyüşün hər ikisində qələbə qazanaraq 1-ci yeri tutub. O, qələbəsini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edib.