Azərbaycanın iki karateçisindən “Kazakhstan Open”də 1 dəst medal
Azərbaycan yığmasının iki karateçisi “Kazakhstan Open” beynəlxalq turnirində uğurla çıxış edib.
Mediasport.az xəbər verir ki, idmançılarımız Astana şəhərində keçirilən yarışda 1 dəst medal qazanıblar.
61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna iki mükafat əldə edib. Gənclərin yarışında bütün rəqiblərinə qalib gələn karateçimiz çempion olub.
O, böyüklərin yarışında bürünc medal əldə edib.
Rəşid Süleymanov (76 kq) isə 16-17 yaş kateqoriyasında gümüş mükafata yiyələnib.